“Azəriqaz” İstehsalat Birliyi iyun ayı ərzində əhalinin qazlqa təmin olunma statistikasını açıqlayıb.
SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsindən Moden.az saytına verilən məlumata görə, əhali sektoru üzrə 11 968 yeni abonent qeydiyyata alınıb.
Bunun 1551-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 10417-i isə regionların payına düşür.
Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 918 710-a çatıb.
1 iyul tarixinə olan məlumata görə, əhali sektoru üzrə 130 964 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub.
Bundan əlavə, 362 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Modern.az