Modern.az

Rövşən Rzayev: "Prezidentlərinin Bakı görüşü Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək" 

Rövşən Rzayev: "Prezidentlərinin Bakı görüşü Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək" 

Aktual

13 Avqust 2016, 15:23

“Bu günlərdə Bakıda ölkə prezidenti İlham Əliyev, İran prezidenti Seyid Ruhani və Rusiya prezidenti Vladimir Putinin 3 tərəfli formatda görücünü baş tutmasını çox yüksək qiymətləndirirəm”.

 

Bu barədə Modern.az-a açıqlamasında deputat Rövşən Rzayev Azərbaycan-Rusiya-İranın üçtərəfli formatda baş tutmuş Bakı görüşünü şərh edərkən deyib.

 

Deputat hesab edir ki, regiondan söz sahibi olan dövlətlərlə Azərbaycanın bir araya gəlməsi iqtisadi inkişafa müsbət stimul verəcək:

“Bu görüş Azərbaycanın marağında olan bir görüş idi. Azərbaycan bir tərəfdən dost olan İran, digər tərəfdən isə regionda böyü nüfuza malik olan Rusiya ilə bir araya gələrək bir sıra mühüm məsələləri müzakirə etməsi həm regional və həm də iqtisadi baxımdan çox müsbət dəyərləndirilməlidir.

 

Bu görüşür həm iqtisadi baxımdan və həm də siyasi baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, regionda söz sahibi olan dövlətlərlə belə görüşlər Azərbaycanın iqtisadi inkişafına çox böyük töhfələr verəcək”.

 

Rövşən Rzayev Azərbaycan-Rusiya-İran formatında olan görüşün Dağlıq Qarabağa təsirini xüsusi vurğulayıb:

“Ən əsası isə Rusiya və İranla daha da yaxınlaşma Azərbaycanın ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin həllinə öz müsbət təsirini və töhfəsini göstərəcək”.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı