Elektrik avtomobillərinin gətirilməsinə vergi tətbiqi edilməmələdir.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.
“Dünyanın əksər ölkələrində elektrik avtomobillərinin alışını stimullaşdırmaq üçün vergi ödənişindən imtina edilir. Burada məqsəd elektrik avtomobillərinin daha çox alınmasıdır. Azərbaycanda keçən ilə qədər elektrik avtomobillərinin gətirilməsinə vergi yox idi. Amma bu ildən belə bir vergi tətbiq olunur. Məncə bu iqtisadi imkanlarımıza kifayət qədər öz təsirini göstərəcək. Verginin qoyulması təbii ki, ölkəyə gətirilən elektrik avtomobillərinin qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. Elə indi qiymətlər artıq yüksəlməkdədir. Və təbii ki, bu vergi həm də ölkəyə daxil olan elektrik avtomobillərinin sayını da azaldacaq. Yenə də biz dizel və başqa yanacaqla işləyən benzinlə işləyən avtomobillərin çoxluğunu müşahidə edəcəyik".
Komitə sədri vurğulayıb ki, bu vergidən büdcəyə elə də böyük vəsait daxil olmur:
"Əgər güclü vəsait olsaydı, bunu qəbul etmək mümkün olardı. Hesab edirəm ki, elektrik avtomobillərinin sayının satış nöqtələrinin azalması, elektrikin və benzinin daha az istifadə olunmasına, təmir yerlərinin və iş yerlərinin azalmasına gətirib çıxarır. Və bununla da büdcəyə daxil olan vəsaitlərin ciddi şəkildə azalması baş verir. Eyni zamanda böyük şirkətlər müxtəlif yollar tapırlar ki, belə vergidən yayınsınlar. Bu da bir çox hallarda neqativ vəziyyətin yaranmasına səbəb olur. Mən hesab edirəm ki, bu qanunda da xeyli bu istiqamətdə dəyişikliklər edilməlidir”, - deyə komitə sədri qeyd edib.