Modern.az

Azərbaycan Almaniyaya reysləri və uçuşları artırmaq istəyir

Azərbaycan Almaniyaya reysləri və uçuşları artırmaq istəyir

Aktual

Bu gün, 11:14

Dövlət Neft Fondunun Almaniya şirkətlərinin qiymətli kağızlarına və müxtəlif birgə fondlara yatırımlarının ümumi həcmi 1,8 milyard ABŞ dolları təşkil edir.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohan Vadefulla birgə mətbuat brifinqində deyib.

Nazir bildirib ki, 2026-cı ildə Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə saziş imzalanıb. Bakıda keçirilən görüşdə şuranın yaxın vaxtlarda toplanması müzakirə edilib.

Bayramov qeyd edib ki, Azərbaycan bu ildən Almaniyaya qaz ixracına başlayıb. Bununla da Azərbaycanın boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Onlardan 10-u Avropa İttifaqının üzvüdür.

Görüşdə Almaniyanın Xəzər dənizi–Qara dəniz elektrik kabeli layihəsindən faydalanmaq imkanları, eləcə də Orta Dəhliz və Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlar müzakirə olunub.

Azərbaycan tərəfi iki ölkə arasında sərnişin və yük reyslərinin sayının artırılmasında, uçuş coğrafiyasının genişləndirilməsində maraqlı olduğunu bildirib. Bayramovun sözlərinə görə, bu ilin ilk 10 ayında Almaniyadan Azərbaycana gələn turistlərin sayı 10 faiz artaraq 25 minə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?