Modern.az

Qayadan yıxılan Oğuz sakininin axtarışı aparılır

Qayadan yıxılan Oğuz sakininin axtarışı aparılır

Aktual

13 Avqust 2016, 17:06

Oğuzda gənc oğlan qayalıqdan yıxılıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonunun Filfilli kəndi ərazisində baş verib.

 

Kəndin yaxınlğındakı Böyük Qafqaz sıra dağlarının qayalıq ərazisində hələlik bilinməyən səbəblərdən Filfilli kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan Sərdar oğlu Seyidəliyev yıxılıb.

 

 

Hadisə yerinə Oğuz rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

 

 

Hazırda dağlıq ərazilərdə 28 yaşlı gəncin axtarışları davam etdirilir.

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!