Avqustun 13-də İngiltərə Premyer Liqasının 2016/2017-ci il mövsümünə start verilib. Modern.az xarici mediaya istinadən bildirir ki, mövsümün açılış oyununda ötən mövsümün çempionu “Lester Siti” Premyer Liqaya yenidən qayıdan “Hall Siti”nin qonağı olub.
Qarşılaşmada hesab oyunun 45-ci dəqiqəsində açılıb. “Hall Siti”nin oyunçusu Adama Diomande hesabı açmaqla mövsümün ilk qolunu vurub. İkinci hissə başlayan kimi (47-ci dəqiqədə) “Lester”in oyunçusu Riyad Mahrez onbir metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirib.
Bundan 10 dəqiqə sonra meydança sahiblərinin oyunçusu Robert Snodgrass komandasını hesabda irəli çıxarıb. Oyunun qalan dəqiqələrində tərəflərdən heç biri fərqlənməyib və hesab 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Modern.az