Modern.az

Rusiya komandasının azərbaycanlı baş məşqçisi başını keçəl qırxdırdı - FOTO

Rusiya komandasının azərbaycanlı baş məşqçisi başını keçəl qırxdırdı - FOTO

Aktual

14 Avqust 2016, 13:03

Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi İlqar Məmmədov Rio-de-Janeyro Olimpiadası ərəfəsi verdiyi sözə əməl edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, o, yetirmələrinin iki yüksək əyarlı mükafat – qızıl medal qazanacağı təqdirdə saçını tamam qırxdıracağına söz verib.

 

Azərbaycan əsilli baş məşqçinin sözlərinə görə, yetirmələri ona yeni saç düzümü ediblər.

 

İlqar Yaşar oğlu Məmmədov 1965-ci il noyabrın 15-də Bakıda anadan olub. SSRİ və Rusiya qılıncoynadanıdır, hazırda Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisidir. O iki dəfə (1988, 1996) Olimpiya çempionudur, SRRİ-nin əməkdar idman ustasıdır, 1989-cu ildə dünya çempionu titulunu da qazanıb. 1995-ci il dünya çempionatının gümüş mükafatçısıdır. 1995, 1996, 1998 və 2000-ci illərdə - dörd dəfə Avropa Kubokunun qalibi olub. SSRİ və Rusiyanın çoxsaylı mükafatlarını alıb, SSRİ və Rusiya Kubokunu da qazanıb.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...