Modern.az

BDU-nun yataqxanasında yanğın olub

BDU-nun yataqxanasında yanğın olub

Aktual

14 Avqust 2016, 20:11

Bu gün Bakı Dövlət Universitetinin (BDU) yaşayış olmayan 8 saylı yataqxanasının 8-ci mərtəbəsində yanğın baş verib. BDU-nun Mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 5 kv.m ərazini əhatə edən yanğın həmin mərtəbəyə toplanmış və istifadə edilməyən taxtaların alışması nəticəsində baş verib.

Qeyd edək ki, BDU yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin Müşfiqabad qəsəbəsində onlar üçün inşa edilmiş yaşayış kompleksinə köçürülməsindən sona yanğın baş vermiş 8 saylı yataqxanaya qaz və elektrik enerjisinin verilməsi dayandırılıb.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb, xəsarət alan yoxdur.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı