Modern.az

Rövşən Bayramov bürünc medal üçün təsəlliverici görüş çıxacaq

Rövşən Bayramov bürünc medal üçün təsəlliverici görüş çıxacaq

Aktual

14 Avqust 2016, 20:21

Bu gün “Rio-2016“ Olimpiya Oyunlarında doqquzuncu günündə Azərbaycan güləşçisi Rövşən Bayramov mübarizəyə qoşulub. Modern.az saytı xəbər verir ki, turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan R.Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb.  R.Bayramov rəqibini məğlub edərək 1/4 final mərhələsinə adlayıb.

Rövşən Bayramov 1/4 final mərhələsində ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Rövşən Bayramov yarımfinalda yaponiyalı rəqibi Şinobu Ota ilə görüşdən məğlub ayrılıb. Amma  R.Bayramov bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə çıxacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı