Modern.az

Hüseyn Bolt Olimpiadanın 7 qat qalibi oldu

Hüseyn Bolt Olimpiadanın 7 qat qalibi oldu

Güncel

15 Avqust 2016, 11:50

Hüseyn Bolt Olimpiadalarda ard-arda üç dəfə qızıl medal qazanaraq tarixə keçib.

 

 Modern.az xəbər verir ki, Yamaykalı atlet Hüseyn Bolt Rio Olimpiya oyunlarıda kişilər arasında 100 metrəyə qaçışda amerikalı Castin Gatlini keçərək finalı ilk sırada tamamlayıb. Hüseyn Bolt Olimpiya oyunları tarixində ard –arda  3-cü dəfə kişilər arasında 100 metrəyə qaçışda qızıl medal qazanan yeganə idmançı kimi tarixə düşüb.

 

 Qeyd edək ki, 29 yaşlı atlet finalda 100 metri 9.81 saniyəyə tamamlayaraq, Pekin və London Olimpiya oyunlarındakı rekordunu yeniləmiş olub və bu nəticə ilə ayrıca Olimpiadalardakı yeddinci qızıl medalını qazanıb.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı