Modern.az

TRT-yə hücum edənlər həbs olundu

TRT-yə hücum edənlər həbs olundu

Aktual

15 Avqust 2016, 11:58

Ankarada 15 iyul uğursuz dövlət çevrilişinə cəhd zamanı TRT telekanalına hücum və Boğaziçi körpüsündə xalqa atəş açılması əmirini verən zabitlər həbs olunub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, hərbi çevriliş cəhddən sonra qaçan və axtarışda olan konyalı polkovnik Nebi Cazneli və Malatyalı polkovnik Müslüm Kayanın Konyanın Selçuklu rayonunda bir mənzildə qaldığı bəlli olub.

 

Dünən axşam saat 22:30-da xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə polis əməliyyat keçirib. N. Gazneli evdə, M. Kaya isə eyvandan binanın damına çıxarkən həbs olunublar. Polis onların gizlənmələrinə kömək edən N. Gaznelinin qardaşı, səyyar satıcı Ömər Gazneli də saxlayıb.

 

Ö. Gazneli ifadəsində qardaşı N. Gazneli ilə M. Kayanın bu həftənin çərşənbə günü Misirə getməyi planlaşdırdıqlarını bildirib. Eyni zamanda onların silahlarını bir torbaya qoyaraq evinin bağçasında basdırdığını da etiraf edib. Polis silahları həmin yerdə aşkarlayıb.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı