Modern.az

MSK xarici müşahidəçilərlə bağlı açıqlama yaydı

MSK xarici müşahidəçilərlə bağlı açıqlama yaydı

Aktual

15 Avqust 2016, 14:57

“Referendumla bağlı seçkiləri müşahidə edəcək xarici nümayəndə və müşahidəçilər akkreditasiyaya  görə hələ ki, MSK-ya müraciət etməyiblər”.

 

Bu barədə Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədov məlumat verib.

Komissiya rəsmisi xarici müşahidəçilərin müraciət edəcəkləri tarixi də açıqlayıb:

 

“Sekçiyə 20-25 gün qalmış xarici müşahidəçilərin akkreditasiya ilə bağlı MSK-ya müraciət edəcəkləri gözlənilir.

Hələ ki, heç bir xarici təşkilat referendumu müşahidə məqsədi ilə qeydiyyatdan keçmək istədiyini bildirməyib”.

 

Xatırladaq ki, 26 sentyabrda Konstitusiya dəyişikləri ilə bağlı Azərbaycanda referendum baş tutacaq.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı