Modern.az

İTV-nin əməkdaşı: “Evim oğurlanan gündən polislərlə əlaqəm yoxdur”

İTV-nin əməkdaşı: “Evim oğurlanan gündən polislərlə əlaqəm yoxdur”

Aktual

15 Avqust 2016, 15:15

“Hazırda polis evimin oğurlanması ilə bağlı açılan cinayət işi ilə məşğul olur. Araşdırmalar gedir. Mənim öz izahatımı da alıblar”.

 

Bu barədə Modern.az-a açıqlamasında 13 avqust gecə yarısı evi oğrular tərəfindən basqın edilərək talanan İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramov deyib.

 

O bildirib ki, evi oğurlanan gündən polislərlə əlaqəsi yoxdur:

 

“Evim oğurlanan gündən polislərlə əlaqəm yoxdur. Hadisəni üstündən 2 gün keçib. İnanıram ki, tezliklə evimi oğurlayanlar tapılacaq”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı