Modern.az

Məhkəmə İlhamənin köməkçisi ilə bağlı vəsatətləri təmin etmədi

Məhkəmə İlhamənin köməkçisi ilə bağlı vəsatətləri təmin etmədi

Aktual

15 Avqust 2016, 15:51

“Məhkəmə Mehriban Hüseynova ilə bağlı bizim vəsatətimizi təmin etmədi. Mən hesab edirəm ki, ortada ciddi qanun pozuntusu var. Çünki Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən, vəsatət vermişdim ki, iş yenidən araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna qaytarılsın. Çünki ibtidai istintaq zamanı Mehriban Hüseynovanın hüquqları pozulub. Onu qanunsuz olaraq 1 sutka Bakı Şəhər Baş Polis İdarəsində saxlayıblar”.

Bu barədə Modern.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisinin hüquqlarını müdafiə edən vəkil Vasif Mirzəyev avqustun 15-də keçirilən məhkəmə prosesindən sonra deyib.

Vəkil bu gün reallaşan məhkəmənin nəticələrindən danışarkən söyləyib ki, eyni vəsatətləri növbəti prosesdə də qaldıracaqlar:

“Lakin məhkəmə heç bir əsas olmadan bizim vəsatətimizi təmin etmədi. Biz qarşıdakı proseslərdə yenidən bu vəsatətləri məhkəməyə qaytaracağıq.

Növbəti məhkəmə prosesi avqustun 23-nə təyin olundu. Qarşı tərəfdən məhkəməyə heç kim gəlməmişdi. Bugünkü məhkəmənin nəticəsi bizi qane etmir.

Həmçinin Mehriban xanımın ev dustaqlığı barədə verdiyimiz vəsatət də təmin edilmədi”.

Vasif Mirzəyev əlavə edib ki, hakim konkret bir söz demir:

Qanunvericiliyin tələbinə görə, hakim hələ öz mövqeyini bildirmir. Məhkəmə istintaqı tam başa çatdıqdan sonra hakim öz sözünü deyəcək.

Məhkəmədə yoldaşı da Mehriban xanımla gördü. Artıq məhkəmə öz mövqeyini göstərir ki, prokurorluğun mövqeyi ilə razıdır. Mehriban xanımın əməlində cinayət tərkibi olmaya-olmaya məhkəmə nəyə görə indidən prokurorluğun mövqeyini tutur, biz bunu başa düşə bilmirik.
Amma növbəti proseslər də bu cür nəticələnsə, hər keçən gün məhkəmənin ortaya qoyduğu mövqe Mehriban Hüseynovanın azad olunması ümidlərini azaldır”.

 

 

Ağa AKİFOĞLU

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı