Tanınmış hüquqşünas, İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay övladlarına xaricdə verdiyi ali təhsildən danışıb. Modern.az-ın məlumatına görə, İ.Altay bildirib ki, 4 övladından 3-ü hazırda müxtəlif xarici ölkələrdə təhsil alır. O, 4-cü övladını da xaricdə oxumağa göndərməyə hazırlaşdığını qeyd edib:
“Övladlarımdan üçü Avropa universitetlərində ali təhsildədir. Emil (27 yaş) Avstriyadadır bakalavriatı bitirib, indi magistrdir, Eliza (22 yaş) Hollandiyada, Elvn (19 yaş) Almaniyada təhsil alır. Hələ biri də var Əli (16 yaş). O da geri qalmir, bunlarla bəhsə girib, xaricdəki tibb universitetlərindən birinə ciddi hazırlaşır...
Özəl həyatı heç ictimai muhitə daşımaq tərəfdarı olmamışam. Ancaq xaricdə ucuz və rahat tələbə qəbulu və təhsil barədəki neçə illik təcrübəmi imkan düşdükcə bölüşəcəm. Bəlkə, xeyri oldu.
Bu məlumatı paylaşmaqda məqsədim budur ki, bu çətin böhran dövrü, bütün nə imkan və zəhmət varsa, övladların təhsilinə vermək lazımdır. Vacib investisiya budur. Bu həm bizim, həm ölkəmuzin gələcəyi deməkdir”.
Modern.az