Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxmış güləşçimiz qələbə qazanıb.
Modern.az xəbər verir ki, yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) ABŞ təmsilçisi Robert Timoti Devid Smitə qalib gələrək, dörddəbir finala yüksəlib.
***
Təəssüf ki. güləşçimiz dörddəbir finalda türkiyəli rəqibi Rza Kayaalpa məğlub olaraq, yarışda mübarizəni dayandırıb.