Modern.az

Qənirə Paşayeva Turan Qurultayında Qarabağ çağırışı edib

Qənirə Paşayeva Turan Qurultayında Qarabağ çağırışı edib

Aktual

15 Avqust 2016, 19:06

Macarıstanda keçirilən Turan Qurultayının  açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva öncə Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ictimai-siyasi  xadimlər, alimlər, ziyalılar, QHT və KİV rəhbərləri, mədəniyyət xadimlərini azərbaycanlılar adından salamlayıb.

Buğaç bölgəsində belə bir tədbirin önəmindən danışan Qənirə Paşayeva  Dədə Qorqud dastanını və ortaq tariximizi xatırladıb, çağırış səsləndirərək topluma örnək olaraq “bugünkü və gələcək nəsillərə birlik və bərabərliyin nə qədər vacib, önəmli olduğunu daha çox anlatmalıyıq” deyib. 

“Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. 

“Güc birlikdədir, bərabərliyimizi gücləndirsək, gücümüz daha da artacaq və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı da daha güclü mübarizə apara bilərik” söyləyən Qənirə Paşayeva bildirib ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır.

Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışıb:

“İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil".

Tədbirin sonunda millət vəkili Turan Qurultayının təşkilatçısı Macar Turan Vəqfinin rəhbəri Andraş Biroya  bu cür önəmli tədbiri təşkil etdiyi üçün Azərbaycan nümayəndə heyəti adından təşəkkür edib, Azərbaycanın qardaş Macarıstanla əməkdaşlığa verdiyi böyük önəmi, münasibətlərimizin inkişafını vurğulayaraq ona Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı hədiyyələri təqdim edib

Açılışın sonunda Azərbaycan sənətçiləri, əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlının ifaları alqışlarla qarşılanıb. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı