Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş binada yenidən yanğın başlayıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, yanğın binanın 15-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan 3 otaqlı mənzilin mətbəxində qeydə alınıb.
Hadisə nəticəsində mətbəxdə olan paltaryuyan maşın və mətbəx mebeli 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az