Modern.az

REAL hərəkatının daha iki üzvü saxlanılıb

REAL hərəkatının daha iki üzvü saxlanılıb

Aktual

15 Avqust 2016, 21:06

REAL hərəkatının daha iki üzvü saxlanılıb. Modern.az saytı xəbər verir ki, Musavat.com-un məlumatına görə, hərəkatın üzvləri olan Toğrul İsmayılov və Elşən Qasımov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların harada olması barədə məlumat verilmir. Yayılan məlumatlarda qeyd edilir ki, hər iki şəxsin ailə üzvləri də onların harada olmasından xəbərsizdir.

 

Saxlanılanlardan T.İsmayılov REAL-ın Səbail-Nəsimi Məclisinin sədri, E.Qasımov isə Yasamal Məclisinin sədr müavinidir.

 

Xatırladaq ki, REAL hərəkatının icra katibi Natiq Cəfərov  iki gün əvvəl həbs edilib.

 

Natiq Cəfərovun həbsi ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, onun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı