Modern.az

Kürəkən həyat yoldaşını və qayınatasını bıçaqlayıb

Kürəkən həyat yoldaşını və qayınatasını bıçaqlayıb

Aktual

15 Avqust 2016, 22:46

Daşkəsəndə bıçaqlanma olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb. Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü İbrahim Seyidəliyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə, qızı 1979-cu il təvəllüdlü Mərizə Kərimova isə qol nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Onlar dərhal əməliyyat edilib. Mübariz adlı şəxs ailə münaqişəsi zəminində qayınatası İ. Seyidəliyevi və həyat yoldaşı M. Kərimovanı bıçaqlayıb.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı