Modern.az

Daha bir güləşçimiz məğlub olub

Daha bir güləşçimiz məğlub olub

Aktual

15 Avqust 2016, 23:28

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi ilk təsəlliverici görüşə çıxıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, 85 kq. çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi həmyerlisi Həbibulla Axlaği olub.

Görüşün ilk hissəsində tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissənin əvvəlində Axlaği bir xal əldə edib. Təhmasibi tezliklə bərabərliyi təmin etsə də, iranlı güləşçi yenidən 2 xal alaraq, önə keçib. Bu dəfə Azərbaycan pəhləvanı fərqi 1-ə endirib. Amma qalan müddətdə onun səyləri nəticə verməyib.

Beləliklə, Təhmasibi olimpiadanı medalsız tamamlayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı