Modern.az

Səxavət Məmmədovun anası dünyasını dəyişib

Səxavət Məmmədovun anası dünyasını dəyişib

Aktual

15 Avqust 2016, 23:44

Mərhum xanəndə Səxavət Məmmədovun anası Əskinaz Məmmədova bu gün - avqustun 15-də axşam saatlarında dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, bu haqda musavat.com-a Məmmədovlar ailəsinə yaxın şəxslər məlumat verib.

 

Artıq məlumat sosial şəbəkələrdə də yayılıb. Şair-publisist Qulu Ağsəs özünün facebook hesabında belə bir status paylaşıb: "Səxavət Məmmədovdan veriliş çəkirdik, anası Əskinaz xala qayıtdı ki, " balam ağaca çıxırdı - ağacda oxuyurdu, ata minirdi - atda, novata gedirdi - novatda..." Səxavət əcəl atına minib novatı pozdu. Anası onun ardınca illərcə süründü. Bir az olar çatdığı. Daha ayrılmayacaqlar..."

 

Ə.Məmmədovanın bir müddətdir xətəlikdən əziyyət çəkdiyi deyilir. Mərhumə avqustun 16-da dəfn olunacaq. Yaxınlarının musavat.com-a bildirdiyinə görə, cənazə Əskinaz Məmmədovanın oğlu, xanəndə Fehruz Səxavətin kənd Binəqədidəki evindən qaldırılacaq.

 

Allah rəhmət eləsin.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı