Modern.az

Bakıda SMS-lə parkinq üçün ödəniş etmək mümkün olacaq

Bakıda SMS-lə parkinq üçün ödəniş etmək mümkün olacaq

Aktual

16 Avqust 2016, 01:02

Bakıda avtomobillərin parklanması üçün ödənişi SMS vasitəsilə həyata keçirmək mümkün olacaq. Modern.az saytı xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

 

Mənbənin sözlərinə görə, bu layihə Bakı şəhər İcra Hakimiyyəti və Bakcell MMC tərəfindən həyata keçiriləcək.

 

Hazırda layihə BŞİH tərəfindən baxılmaqdadır və təsdiq olunduqdan sonra həyata keçiriləcək. Parklama ödənişi üçün abonent balansından istifadə olunacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV