Modern.az

Rusiyalı general: “Ermənistandakı hərbi baza Qafqazda sabitliyin təminatçısıdır”

Rusiyalı general: “Ermənistandakı hərbi baza Qafqazda sabitliyin təminatçısıdır”

Aktual

16 Avqust 2016, 12:47

“Rusiyanın Ermənistandakı hərbi bazası Qafqazda sabitliyin təminatçısıdır”.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Rusiya və Ermənistan müdafiə nazirləri arasında keçirilmiş görüşdən sonra deyib.

 

O görüş zamanı Rusiyada Ermənistan silahlı qüvvələri üçün kadrların hazırlanması məsələsi müzakirə olunduğunu bildirib:

 

“Hazırda Rusiya Müdafiə Nazirliyinin 24 təhsil müəssisəsində 203 erməni hərbçi ödənişsiz təhsil alır. Bu il daha 211 hərbçi qəbul olunacaq”.

 

 A. Antonov söyləyib ki, Rusiya və Ermənistan ordularından ibarət birləşmiş dəstənin yaradılması barədə razılaşmanın imzalanmasına hazırlıq yekunlaşmaq üzrədir.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı