Modern.az

Oruc Zalov: Seçki günü polis gücləndirilmiş rejimdə çalışacaq”

Oruc Zalov: Seçki günü polis gücləndirilmiş rejimdə çalışacaq”

Aktual

18 Avqust 2016, 13:20

“Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək”.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O.Zalov bildirib ki, referendum ərəfəsində icazəsiz yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə icazə verilməyəcək: “Ümumiyyətlə, bu işə xələl gətirmək istəyənlərə heç bir imkan verilməyəcək”.

Nazir müavini qeyd edib ki, qeydə alınmış təşviqat qrupları isə öz təşviqatlarını aparacaqlar: “Referendum günü seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Əgər bu kimi hallar baş verərsə, polis əməkdaşları DSK-nın çağırışından 10-15 dəqiqı sonra orada olacaq”.

O.Zalov əlavə edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq mühafizə orqanları qarşıya çıxan problemlıər yerindəcə aradan qaldırır: “Bəzi problemlır meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Bu gün isə ciddi heç bir problem yoxdur”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...