Modern.az

Bakıda klinikaya basqın edən şəxslər yaxalandı

Bakıda klinikaya basqın edən şəxslər yaxalandı

Aktual

18 Avqust 2016, 14:23

Bakıda naməlum şəxslər klinikaya basqın ediblər.

 

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək X.Piriyevaya məxsus mobil telefonu alıblar.

 

Binəqədi rayon Polis İdarəsi (RPİ) 6-cı Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulublar.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...