Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” səfərdə İsveçin "Höteborq” komandasının qonağı olub. Oyundan öncə yerli azarkeşlər erməni təxribatına yol veriblər. Modern.az saytı futbol11.az-a istinadən xəbər verir ki, tribunadan asılan Ermənistanm bayrağı "Qarabağ”ın azarkeşlərinin cəhdindən sonra tribunadan götürülüb.
Ancaq bu təxribata növbəti dəfə yol verilib. "Höteborq” 56-cı dəqiqədə cərimə zərbəsi sayəsində önə keçib. Məhz bu qoldan sonra tribunalarda növbəti dəfə düşmən bayrağı açılıb.
Modern.az