Modern.az

MİT İstanbul Universitetində 62 müəllimi saxladı

MİT İstanbul Universitetində 62 müəllimi saxladı

Aktual

19 Avqust 2016, 12:23

Türkiyə polisi Milli İstihbarat Təşkilatı (MİT) ilə birlikdə İstanbul Universitetində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyata başlayıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, xüsusi əməliyyat nəticəsində hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən universitetin 62 müəllimi həbs olunub.

Hazırda universitetdə Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən professorların iş otaqlarına baxış keçirilir və şübhəli bilinən şəxslərin kabinetlərində lazımi materiallar axtarılır.

Xatırladaq ki, daha öncə İstanbul Universitetinin 95 müəllimi tutduğu vəzifədən azad edilmiş, 31 müəllim isə saxlanılmışdı.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı