Modern.az

Davudoğlunun “sağ əli” Gürcan Balık həbs olundu

Davudoğlunun “sağ əli” Gürcan Balık həbs olundu

Aktual

19 Avqust 2016, 13:54

Əhməd Davudoğlunun xarici işlər naziri olduğu zaman onun “sağ əli” hesab olunan səfir Gürcan Balık saxlanılıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, Davudoğlunun xarici işlər naziri olduğu dövrdə onun ən yaxın adamı və xüsusi müşaviri olmuş G.Balık bu gün Ankara prokurorluğu tərəfindən həbs olunub.

 

 O, fətullahçılara qarşı aparılan istintaq çərçivəsində saxlanılıb.

 

Xatırladaq ki, Gürcan Balık 1995-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində işə başlayıb. 2008-2011-ci illərdə katib, 2011-2013-cü illərdə xüsusi müşavir, 2013-cü ilin yanvar-avqust aylarında BMT-nin YUNESKO-dakı daimi nümayəndəsi olub.

 

2013-cü ilin avqustunda Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi postuna gətirilib. 2014-cü il avqustun 15-də Xarici Siyasət Məşvərət Şurasına üzv olan G. Balık 2016-cı ilin yanvarında bu vəzifədən azad edilib.

 

G. Balık Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi kimi çalışdığı dövrdə, 2013-cü ilin sentyabrında BMT-nin toplantısında iştirak etmək üçün ABŞ-da gedən Ə.Davudoğlunun Fətullah Güləni də ziyarət etməsini o zaman prezident olan Abdullah Güldən gizlətməsi ilə diqqət mərkəzində olub.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı