Modern.az

Deputat Rüfət Quliyev ona "sələmçi" deyənləri məhkəməyə verdi

Deputat Rüfət Quliyev ona "sələmçi" deyənləri məhkəməyə verdi

Aktual

19 Avqust 2016, 14:21

“Mənim haqqımda səsləndirilən fikirlərin hamısı şər, böhtan və iftiradır. Onların hamısı əsassız fikirlərdir. Mənə şər və böhtan atanlar məhkəmə qarşısında cavab verəcəklər”.

Bu barədə Modern.az-a açıqlamasında deputat Rüfət Quliyev deyib.

O haqqında mediada yazılan sələm, faiz qalmaqalı haqqında danışarkən deyib ki, sentyabr ayında məhkəmə olacaq:

“Artıq bu işlə hüquqşünasım da məşğul olmağa başlayıb. Sentyabrda məhkəmə olacaq. Günahkarla mütləq öz cəzalarını alacaqlar”.

 
Bəzi KİV-lərin dərc etdiyi yazılarda R.Quliyevin sələmə pul verdiyini iddia olunub. Bu iddia ilə 2015-ci ilin martında dünyasını dəyişmiş lənkəranlıNamiq Səfərovun ailəsi çıxış edib.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı