Rusiyanın təhsil naziri Dmitri Livanov istefa verib.
Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, prezident Vladimir Putin təhsil nazirinin istefasını qəbul edib.
D.Livanov bundan sonra başqa vəzifədə çalışacaq. V.Putin onu özünü Ukrayna ilə ticari-iqtisadi əlaqələr üzrə xüsusi nümayəndəsi təyin edib.
Yeni təhsil naziri Prezident Administrasiyasının əməkdaşı Olqa Vasilyeva olub.
Ağa AKİFOĞLU