Modern.az

Olimpiadada bədii gimnastların mübarizəsi başlayır

Olimpiadada bədii gimnastların mübarizəsi başlayır

Aktual

19 Avqust 2016, 16:03

Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunları davam edir. Bu gün Rio-2016-da bədii gimnastika yarışlarına start veriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycanı bədii gimnastika yarışında Marina Durunda təmsil edəcək.

 

Çoxnövçülük yarışında mübarizə aparacaq gimnastımız təsnifat mərhələsində finala vəsiqə qazanmağa çalışacaq.

 

Yarışlar Bakı vaxtı ilə saat 17:20-də başlayacaq.

 

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı