Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk qələbəsinin ardından uğursuzluğa düçar olub.
Modern.az xəbər verir ki, yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev dörddəbir finalda Gürcüstan idmançısı Vladimir Xinçeqaşvili ilə qarşılaşıb. Təəssüf ki, gGürcü idmançı daha fəal olaraq qalib gəlib.