Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov “Rio Olimpiadası”nda daha bir qələbə qazanıb.
Modern.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənov 1/4 final mərhələsində gürcü Jakob Makaraşvili ilə güləşib. Cəbrayıl Həsənov vaxtından əvvəl qələbə qazanmaqla (11:0) yarımfinala yüksəlib.