Modern.az

Məhkəmə jurnalist Pərviz Həşimlini cərimələdi

Məhkəmə jurnalist Pərviz Həşimlini cərimələdi

Aktual

19 Avqust 2016, 19:07

Bu gün Nərimanov rayon Məhkəməsində “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli ilə eks-milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü Zöhrab Muradov arasında dünən baş vermiş insidentlə bağlı məhkəmə prosesi keçirilib.


Modern.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrlik etdiyi prosesdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin təqdimatına əsasən, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olan protokolla əlaqədar P.Həşimliyə və Z.Muradova 50 AZN məbləğində cərimə cəzası kəsilib.

P.Həşimli məhkəmənin qərarı ilə razılaşmadığını və qərardan yuxarı məhkəmə instansiyasına şikayət edəcəyini bildirib.


Qeyd edək ki, P. Həşimli avqustun 18-də metronun “Gənclik” stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü Zöhrab Muradovla aralarında baş verən insident zamanı saxlanılmış, sonra buraxılmışdı.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı