Modern.az

Azərbaycan gimnastı Olimpiadada iki hərəkətə görə xal alıb

Azərbaycan gimnastı Olimpiadada iki hərəkətə görə xal alıb

Aktual

19 Avqust 2016, 19:12

Avqustun 19-da “Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.

Azərbaycanı Braziliyada təmsil edən gimnastımız Marina Durunda Olimpiadada debüt edib.

Atletimiz çoxnövçülük yarışında mübarizəyə qoşulub. O, təsnifat mərhələsində finala vəsiqə qazanmağa çalışacaq. Bunun üçün o, gürz, lent, top və həlqələrlə hərəkətlərdə maksimum xal toplamalıdır.

İyirmi altı idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda səkkiz finalçı müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.

Modern.az xəbər verir ki, Marina Durunda artıq iki tapşırığı yerinə yetirib.

Marina ilk çıxışında halqa ilə hərəkətləri yerinə yetirərək hakimlərdən 17.466 xal alıb.

Gimnastımız topla hərəkətlərə görə də 17.466 xal qazanıb.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı