Modern.az

Qiyas İbrahimovun istintaqı yekunlaşıb

Qiyas İbrahimovun istintaqı yekunlaşıb

Aktual

19 Avqust 2016, 20:44

Narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən Qiyas İbrahimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqovun sözlərinə görə, gələn həftə cinayət işi məhkəməyə göndəriləcək.

 

Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barələrində olan cinayət işi ayrılıb.

 

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı