Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova (67 kq) yarımfinal görüşünə çıxıb. Modern.az saytı xəbər verir ki, taekvondoçumuzun rəqibi Cənubi Koreya təmsilçisi Xye Ri Oxa olub. Bu görüşdə minimal hesabla məğlub olan Fəridə bürünc medal uğrunda mübarizə aparacaq.
.
23:10
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən qadın taekvondoçu Fəridə Əzizova yarımfinala yüksəlib. Modern.az saytı xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən F.Əzizova 1/4 finalda Özbəkistan idmançısı Nigora Tursunkulovanı 5:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Fəridə Əzizova 1/8 finalda ABŞ-dan olan Peyc Makfersonla üz-üzə gəlib. İlk hissədə 21 yaşlı idmançı hesabı açsa da, rəqibi 3 xalla önə keçib. İkinci hissədə tərəflər hərəyə 1 xal qazanıblar. Son hissədə isə daha fəal təsir bağışlayan F.Əzizova rəqibinə 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Modern.az