Modern.az

Biləcəridə evakuatora yüklənmiş tırtıllı traktor aşıb

Biləcəridə evakuatora yüklənmiş tırtıllı traktor aşıb

Aktual

19 Avqust 2016, 23:23

Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında avtomobil qəzası baş verib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, MAN markalı "90-JV-865" dövlət qeydiyyat nişanlı evakuator dönmə əməliyyatını yerinə yetirərkən üzərində olan tırtıllı traktor aşıb.

 

Hadisə şahidləri MAN-ın yüksək sürətlə dönmə manevri etdiyini, bu zaman traktorun tırtılının qırıldığını və nəticədə, onun yerə düşdüyünü bildiriblər.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, yol təsərrüfatına ziyan dəyib. Həmçinin yol-hərəkəti nişanları yararsız vəziyyətə düşüb.

 

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və "Azəravtoyol" ASC-nin əməkdaşları cəlb olunub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı