Modern.az

Hacı Əliyev bürünc medal qazanıb - YENİLƏNİB

Hacı Əliyev bürünc medal qazanıb - YENİLƏNİB

Aktual

20 Avqust 2016, 00:10

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev bürünc medal qazanıb. Modern.az saytı xəbər verir ki, Hacı Əliyev bürünc medal uğrunda son görüşünü bolqarıstanlı Vladimir Dubovla keçirib. Görüşdə Hacı Əliyev rəqibin kürəyini yerə vuraraq təmiz qələbə qazanıb.

 

23:45

 

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşünü keçirib. Modern.az saytı xəbər verir ki, 57 kq. çəki dərəcəsində mübarizə aparan idmançımızın ilk görüşündə rəqibi Qazaxıstan güləşçisi Nurislam Sanayev olub. Görüş Hacı Əliyevin 10:8 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Hacı Əliyev bürünc medal uğrunda son görüşünü bolqarıstanlı Vladimir Dubovla keçirəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı