Finlandiyanın baş naziri Yuha Sipilya seçicilərlə görüşmək üçün 300 kilometrlik yolu velosipedlə gedib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, velosipedlə yürüş Lappeenranta şəhərindən başlayıb finiş isə Raumedə başa çatıb.
Sipilyanın lideri olduğu hakim “Finlandiya mərkəzi” partiyasının üzvləri ümumilikdə 500ilometr yol qət ediblər. Hökumətin başçısı da onlara qoşulub.
“Finlandiya mərkəzi”nin komandası velosiped səyahəti zamanı kiçik şəhərlər və kəndlərdə əhali ilə görüşmək üçün 34 dəfə dayanıblar.
Modern.az