Modern.az

Cəbhədə erməni TƏXRİBATI

Cəbhədə erməni TƏXRİBATI

Aktual

20 Avqust 2016, 09:47

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə,  Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

 

İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı