Bakıda tikintidə işləyən fəhlə yıxılaraq ölüb.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə avqustun 18-də Nərimanov rayonu ərazisində yerləşən yeni inşa edilən binalardan birində baş verib.
Orada fəhlə işləyən Abşeron rayon sakini Hüseyn Hüseynov ehtiyatsızlığı nəticəsində 14-cü mərtəbədən yıxılaraq ölüb.
Araşdırma aparılır.
Modern.az