Modern.az

Həyətdə çətənə kolları yetişdirənlər saxlanıldı

 Həyətdə çətənə kolları yetişdirənlər saxlanıldı

Aktual

20 Avqust 2016, 14:48

 

Azərbaycanın bir neçə rayonunda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib.

 

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqəhrəmanlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Eldar Şıxəliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 10 kiloqram olan 20 ədəd çətənə kolu aşkar edilərək götürülüb.  

 

Bundan əlavə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərq qəsəbəsi ərazisində qəsəbə sakinləri Azad Azadov və Füzuli Əliyev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 31 kiloqram olan 22 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkar edilərək götürülüb.  

 

Daha bir oxşar hal isə Lənkəranda qeydə alınıb. Lənkəran şəhər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkəncil kənd sakini Faiq Bayramova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu və çətənə toxumları aşkar edilərək götürülüb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı