Modern.az

Ötən ay rütbəsi artırılan Türkiyə Baş Qərargahının müşaviri saxlanıldı

 Ötən ay rütbəsi artırılan Türkiyə Baş Qərargahının müşaviri saxlanıldı

Aktual

20 Avqust 2016, 15:40

 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hüquqi müşaviri general-mayor Dinçer Ural Fəthullah Gülən hərəkatına qarşı aparılan əməliyyat çərçivəsində saxlanılıb.

 

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, o, ölkədə dövlət çevrilişinə cəhddə iştirakda təqsirləndirilir.

D.Ural hazırda Türkiyə Baş Prokurorluğunda dindirilir.

 

Maraqlıdır ki, dövlət çevrilişinə cəhddən sonra iyulun 28-də Türkiyə Ali Hərbi Şurasında D.Urala general-mayor rütbəsi verilmişdi.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı