"Taliban" hərəkatının silahlıları avqustun 20-də Əfqanıstanın şimal-şərqində yerləşən Kunduz əyalətinin Xanabad rayonunu ələ keçiriblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsi Məhəmmədullah Baxedc məlumat verib.
Ordunun rayonun azad edilməsi istiqamətində əməliyyata başlayacağı bildirilir.
Məlumata görə, "Taliban" rayonu silah və hərbi texnika ilə ələ keçirdiklərini bildirib. Ümumiyyətlə, Əfqanıstanın 34 vilayətindən 15-də hökumət qüvvələri "Taliban" silahlıları ilə döyüşür.
Modern.az