Modern.az

ABŞ prezidentliyinə namizədin silahdaşı Ukraynada “yandı”

ABŞ prezidentliyinə namizədin silahdaşı Ukraynada “yandı”

Aktual

20 Avqust 2016, 20:02

Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ-ın Ədliyyə Nazirliyi Amerikanin bir sıra şirkətlərinə qarşı Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin ətrafı ilə korrupsiya əlaqələrinə görə araşdırmaya başlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın zamana qədər ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkiqabağı qərargahına rəhbərlik edən Pol Manafortun firması da yoxlanılır.

İstintaq ehtimal edilən həmin korrupsiya sxemlərində Yanukoviçin partiyası ilə Amerika şirkətlərinin iştirak edib-etmədiyini öyrənir. Manafort araşdırma mərkəzində olmayıb, ancaq proses davam edir və mənbənin sözlərinə görə, heç nəyi istisna etmək olmaz. Ancaq CNN televizyası hələ ki nə FTB, nə Ədliyyə Nazirliyi, nə də Manafortdan rəsmi açıqlama ala bilməyib.

FTB-nin hədəfinə keçmiş Ukrayna hakimiyyəti ilə bağlı bəzi firmalar da daxildir. Onların arasında ABŞ prezidentliyinə Demokratlar Partiyasının namizədi Hillari Klintonun seçki kampaniyasının rəhbəri Toni Podestanın qardaşı Con Podestanın başçılıq etdiyi lobbiçilik və piar kampaniyası üzrə istisaslaşmış Podesta Group da var.

Manafostun istefası haqda avqustun 19-da Donald Tramp xəbər verib. Onun seçkiqabağı qərargahın rəhbəri vəzifəsindən istefasından sonra KİV-də Manafort Yanukoviçin müşaviri işlədiyi zaman ciddi qanunsuzluqlara yol verilməsi haqda yazılar yayılıb.

Xüsusilə? Ukraynanın Milli Korrupsiya əleyhinə bürosu Regionlar Partiyasının gizli mühasibat sənədlərini çap edib. Həmin sənədə əsasən Manafortun adına 2007-2012-ci illərdə 12,7 milyon dollar həcmində 22 ödəmə həyata keçirilib. Doğrudur, bu hələ o demək deyil ki, amerikalı siyasi texnoloq həqiqətən həmin vəsaiti alıb. Çünki “alıcı” qrafasında digər şəxslərin imzaları var.

Bundan əlavə, Trampın tərəfdaşı Yanukoviçə Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyata alınmadan ABŞ ərazisində lobbiçilik etməkdə şübhəli bilinir. Bu isə cinayət hesab olunur.

Manafort özü isə öz ünvanına ittihamları təkzib edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı