Modern.az

Türkiyədə hərbi bazalar iri şəhərlərdən köçürülür

Türkiyədə hərbi bazalar iri şəhərlərdən köçürülür

Aktual

22 Avqust 2016, 15:50

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra alınan qərara görə, İstanbul və Ankaradakı hərbi bazaların şəhər ətrafına köçürüləcəyi açıqlanmışdı.

 

Modern.az “Hürriyet”ə istinadən xəbər verir ki,  tankları daşıyan texnikaların İstanbuldakı bazadan çıxarılmasına başlanılıb.

 

Tanklar Türkiyənin Tekirdağ şəhərinin Çorlu bölgəsinə daşınmaq üzrə yola çıxıb. Əsgərlərin köçürülməsi səbəbi ilə mərasim keçirilib.

 

Hərbi bazaların paytaxt Ankara və İstanbulun hüdudlarından kənara çıxarılması prosesi sentyabrın 15-dək başa çatacaq.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı