Modern.az

Erməni ailəsini məhv edən rus əsgərinə ömürlük həbs verildi

Erməni ailəsini məhv edən rus əsgərinə ömürlük həbs verildi

Aktual

23 Avqust 2016, 13:00

Ermənistanda rusiyalı hərbi qulluqçu Valeri Permyakov ömürlük azadlıqdan məhrum edilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Permyakov Gümrü şəhərində yaşayan Avetisyanlar ailəsinin 7 üzvünü amansızlıqla öldürməkdə ittiham olunur.

 

Rusiyalı hərbçi uşaqların səs saldığı üçün onları öldürdüyünü demişdi.

 

Xatırladaq ki, həmin hadisə 2015-ci il yanvarın 12-də baş vermişdi.

 

Ermənistan mətbuatı Valeri Permyakovun cəzasını Ermənistanda deyil, Rusiyada çəkəcəyini yazıb.

 

 

Vüqar İSMAYILOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...