Telekanallar sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) ödənişli təşviqat aparılması üçün tarif cədvəlini açıqlayıb.
Modern.az-ın məlumatına görə,tarif cədvəllərindən belə görünür ki, ödənişli təşviqat üçün ən bahalı efiri "Xəzər" Televiziyası müəyyənləşdirib.
Məsələn, "Xəzər"də saat 19.00-dan sonra 5-7 dəqiqəlik efir vaxtı üçün 8000 manat tələb olunur.
İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib. İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.
"Lider" TV, Azad Azərbaycan Televiziyası da ödənişli efir vaxtının qiymətini açıqlayıb. Qiymətlərlə aşağıdakı cədvəllərdən tanış olmaq mümkündür.
Referendumqabağı təşviqatın aparılmasına sentyabrın 3-də başlanılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.
Mərkəzi Seçki Komissiyyası üç - "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarını qeydə alıb.
Modern.az